Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var

Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var Yevlax rayonunda ard-arda iki yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
135
20 Mart , 2022 08:13
Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var

Yevlax rayonunda ard-arda iki yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisələrdən biri Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü X.Cəfərov müxtəlif bədən xəsarətləri alıb.

Digər bir qəza isə Yevlax şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü S.Allahverdiyev xəsarət alıb.

Hər iki qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə Yevlax rayon ərazisində daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb və iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi