​Yevlaxda ağac qırılaraq uşağın üstünə aşıb

​Yevlaxda ağac qırılaraq uşağın üstünə aşıb 9 yaşlı Sərxan Həsənov dərhal xəstəxanaya aparılıb
Hadisə
10 Oktyabr , 2015 00:38
​Yevlaxda ağac qırılaraq uşağın üstünə aşıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Yevlaxda iri çinar ağacının budaqları qırılaraq 9 yaşlı uşağın üzərinə düşüb.

"Report" xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Yerli sakinlər budaqların qırılmasını havanın küləkli olması ilə əlaqələndiriblər. Hadisə zamanı xəsarət alan Sərxan Həsənov dərhal xəstəxanaya aparılıb. O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Təbiət hadisəsi nəticəsində elektrik xəttləri qırıldığından, Babək küçəsinə elektrik enerjisi verilişində fasilələr yaranıb.

Son xəbərlər

Orphus sistemi