Yevlaxda 72 yaşlı qadın nərdivandan yıxılıb

Yevlaxda 72 yaşlı qadın nərdivandan yıxılıb Onun vəziyyətinin stabil olduğu bildirilir
Hadisə
13 İyun , 2017 20:08
Yevlaxda 72 yaşlı qadın nərdivandan yıxılıb

Yevlax. 13 iyun. REPORT.AZ/ Yevlax rayonunda 72 yaşlı qadın nərdivandan yıxılıb. 

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Havarlı kəndində baş verib. 

Belə ki, 1946-cı il təvəllüdlü kənd sakini Tamara Talıb qızı Salmanova yaşadığı həyətdə dəmir nərdivana dırmaşarkən hündürlükdən düşərək qolundan yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin sabit olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi