Yevlaxda 24 yaşlı piyadanı avtomobil vurub

Yevlaxda 24 yaşlı piyadanı avtomobil vurub Yevlax. 25 iyun. REPORT.AZ/ Yevlax rayonunda 24 yaşlı piyadanı avtomobil vurub.
Hadisə
25 İyun , 2018 19:54
Yevlaxda 24 yaşlı piyadanı avtomobil vurub

Yevlax. 25 iyun. REPORT.AZ/ Yevlax rayonunda 24 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Xan Əkbər oğlu Quliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi