Yevlax. 30 iyun. REPORT.AZ/ Yevlax rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü yerli sakin Əliyev Vüsal Vahid oğlu hələlik məlum olmayan şaraitdə bıçaqlanaraq qarın nahiyəsindən xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.