Yevlaxda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Yevlaxda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
1 Avqust , 2016 12:59
Yevlaxda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Yevlax. 1 avqust. REPORT.AZ/ Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Xaldan kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Ağdam rayon sakini Elgiz Şükürov idarə etdiyi "Tavriya" markalı avtomobillə hərəkətdə olarkən, Şəki rayon sakini İlqar Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili və daha sonra Oğuz rayon sakini Nuru İbrahimovun idarə etdiyi  "QAZ-24" markalı avtomobillə toqquşub. Nəticədə "Tavriya" markalı avtomobilin sürücüsü E.Şükürov və onun sərnişini Azər Məmmədquliyev hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi