Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Yevlax rayonunda baş verən ağır yol nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
21 Oktyabr , 2019 15:40
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonunda baş verən ağır yol nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə,

Hadisə nəticəsində "Mercedes"də olan Yevlax rayon sakinləri - 1988-ci il təvəllüdlü Firudin Babayev və 1989-cu il təvəllüdlü Aygün Babayeva xəsarət alıblar. Onların ər arvad olduğu bildirilir. 

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 


*** 12:19

Yevlax rayonunda ağır yol-nqəliiyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi