Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alan var

Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alan var Yevlax. 27 aprel. REPORT.AZ/ Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Aprel , 2018 23:14
Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alan var

Yevlax. 27 aprel. REPORT.AZ/ Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraoğlan kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Mercedes-Benz" markalı avtomobillə toqquşub. Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi