Yevlaxda 18 yaşlı qız xəstəxanada ölüb - FOTO

Yevlaxda 18 yaşlı qız xəstəxanada ölüb - FOTO Yevlax. 5 dekabr. REPORT.AZ/ Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.
Hadisə
3201
5 Dekabr , 2018 19:44
Yevlaxda 18 yaşlı qız xəstəxanada ölüb - FOTO
Report

Yevlax. 5 dekabr. REPORT.AZ/ Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Yevlax şəhər sakini olan gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Xəstəxanadan verilən məlumata görə, ölümün səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi