Yevlaxda 10 yaşlı uşaq spirtli içkidən zəhərlənib

Yevlaxda 10 yaşlı uşaq spirtli içkidən zəhərlənib O, xəstəxanaya yerləşdirilib
Hadisə
15 İyul , 2017 23:28
Yevlaxda 10 yaşlı uşaq spirtli içkidən zəhərlənib
Foto: Report.az

Yevlax.15 iyul. REPORT.AZ/ Yevlaxda 10 yaşlı uşağın zəhərlənməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, rayonun Tanrıqullar kəndindində keçirilən şənlik mərasimi zamanı 2007-ci il təvəllüdlü Həsənov Sadiq Vasif oğlu doğmalarının əyləncə mənbəyinə çevrilib.

Şahidlərin etirafına görə, yaxınları uşağa əldə düzəldilmiş təqribən 12 qədəh araq içirdiblər. Halsız və huşsuz vəziyyətə düşən Sadiq Həsənov təcili xəstəxanaya çatdırılıb. Burada uşağın normadan artıq qəbul edilmiş keyfiyyətsiz spirtli içkidən zəhərləndiyi öz təsdiqini tapıb. Dərhal nəzarət altına götürülən zəhərlənmiş uşağa tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Son xəbərlər

Orphus sistemi