Yevlaxda 1 yaşlı körpənin üstünə televizor aşıb

Yevlaxda 1 yaşlı körpənin üstünə televizor aşıb Leyla Məmmədzadə xəstəxanaya yerləşdirilib
Hadisə
6 Dekabr , 2017 00:31
Yevlaxda 1 yaşlı körpənin üstünə televizor aşıb

Yevlax. 6 dekabr. REPORT.AZ/ Yevlax rayonunda azyaşlı xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Malbinəsi kəndində baş verib.

Kənd sakini, 2016-cı il təvəllüdlü Məmmədzadə Leyla Zülfi qızının üstünə televizor aşıb. Nəticədə körpə ağır xəsarət alıb.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Həkimlər bildirib ki, ağır kəllə-beyin travması alan körpənin sağ ayağı da sınıb.

L. Məmmədzadənin vəziyyəti orta ağırdır.

Son xəbərlər

Orphus sistemi