Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları qanvermə aksiyasına qoşuldular

Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları qanvermə aksiyasına qoşuldular Yevlax Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub.
Hadisə
20 Aprel , 2020 16:26
Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları qanvermə aksiyasına qoşuldular

Yevlax Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub.

Yevlax Şəhər İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, icra hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasinda iştirak ediblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları Yevlax Rayon Mərkəzi Xəstəxanasında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

Son xəbərlər

Orphus sistemi