Yevlax sakinləri evi qarət etdikdən sonra yandırıblar

Yevlax sakinləri evi qarət etdikdən sonra yandırıblar Yevlaxda keçmiş məhkumlar qarət etdikləri evi yandırıblar.
Hadisə
29 Aprel , 2019 11:33
Yevlax sakinləri evi qarət etdikdən sonra yandırıblar
0 : 00
0 : 00

Yevlaxda keçmiş məhkumlar qarət etdikləri evi yandırıblar.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Yevlax şəhər ərazisində Nizami Cavadova məxsus evin yanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanğın hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum olan İsmayıl Məmmədov Emin Qocayev saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs törətdiklər cinayət əməlini etiraf edib, əməllərindən peşman olduqlarını bildirblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi