Bakı. 16 sentyabr. REPORT.AZ/ Yevlax rayon sakinindən tapança və 8 ədəd patron götürülüb.
"Report" xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunan Razi Cəfərov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Naqan" tipli tapança və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalara başlanılıb.