Yevlax sakinindən silah-sursat götürüldü

Yevlax sakinindən silah-sursat götürüldü Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib
Hadisə
10 Mart , 2021 09:44
Yevlax sakinindən silah-sursat götürüldü

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, daxil olan məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 6 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi