Yevlax sakini qonşusunu qətlə yetirib

Yevlax sakini qonşusunu qətlə yetirib Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində qətl törədilib
Hadisə
1532
21 Fevral , 2021 15:34
Yevlax sakini qonşusunu qətlə yetirib
google.az

Fevralın 21-də saat 13 radələrində Yevlax rayonun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü Səfərov Xəyal Qəmbər oğlunun üzərində “odlu silah yarası” xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan "Report"a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi