Yuxarı
    Bağlamaq

    Yevlax sakini ehtiyatsızlıqdan özünü güllələyib - YENİLƏNİB

    Faktla bağlı araşdırmalara başlanılıb


    İlk xəbər saat 10:29 dərc edilib

    Yevlax. 19 yanvar. REPORT.AZ/ Yevlax rayon sakini ov edərkən ehtiyatsızlıqdan açdığı atəşlə özünə xəsarət yetirib və ölüb. 

    "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə yanvarın 18-də rayonun Aşağı Qarxun kəndi ərazisində baş verib. 

    Belə ki, həmin kəndin sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb, O, açdığı atəşdən xəsarət alıb və ölüb.

    Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

    Faktla bağlı Yevlax RPŞ-də araşdırmalara başlanılıb

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi