Yuxarı

​Yevlax sakini odlu silahla qətlə yetirilib

Hadisə Yuxarı Qaxun kəndində qeydə alınıb

Bakı. 17 İyul. REPORT.AZ/ Yevlax rayonunda qətl hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Yuxarı Qaxun kəndində qeydə alınıb.

Qətl iki həmkəndli arasında başlayan mübahisə nəticəsində törədilib. Belə ki, tərəflərdən birinin sözü digərinin xoşuna gəlməyib. Bundan əsəbiləşən kənd sakini Kamil Qədirov tüfəngdən açdığı atəşlə həmkəndlisi Sənan Qədirovu güllələyib. Zərərçəkən aldığı yaradan hadisə yerində keçinib.

Hadisəni törətdikdən sonra isə Kamil Qədirov könüllü şəkildə Yevlax rayon Polis şöbəsinə gəlib. O, cinayəti törədərkən istifadə etdiyi və müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də polis orqanlarına təhvil verib.

Faktla baglı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi