Yevlax sakini həmyerlisini güllələyərək qətlə yetirib

Yevlax sakini həmyerlisini güllələyərək qətlə yetirib Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
30 Mart , 2017 12:19
Yevlax sakini həmyerlisini güllələyərək qətlə yetirib

Bakı. 30 mart. REPORT.AZ/ Yevlaxda qətl hadisəsi baş verib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi