Yevlax sakini həmkəndlisini bıçaqlayıb

Yevlax sakini həmkəndlisini bıçaqlayıb Bakı. 28 fevral. REPORT.AZ/ Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
28 Fevral , 2019 12:23
Yevlax sakini həmkəndlisini bıçaqlayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Belə ki, fevralın 26-sı axşam saat 10 radələrində rayonun Yuxarı Qarxun kəndi ərazisindən Elnur Məmmədovun kəsilmiş-deşilmiş yaralarla Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirildiyi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Məlumatla əlaqədar Yevlax rayon Polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib. O, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi