Yevlax. 21 iyun. REPORT.AZ/ Yevlax rayon sakini qumbara partlaması nəticəsində ölüb.
Report”un Qarabağ bürosunun məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlu rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.