Yevlax sakini ağrıkəsici dərmandan zəhərlənib

Yevlax sakini ağrıkəsici dərmandan zəhərlənib Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
13 Yanvar , 2018 21:19
Yevlax sakini ağrıkəsici dərmandan zəhərlənib

Yevlax. 13 yanvar. REPORT.AZ/ Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1994-cü il təvəllüdlü qəsəbə sakini Dursun Hüseyn qızı Məmmədova dərman qəbul etdikdən sonra halı pisləşib, allerqik şok keçirib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

D.Məmmədovanın ağrıkəsici kimi istifadə olunan "Spazmalqon"dan zəhərləndiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi