Yevlaxda maşının beton maneəyə çırpılması nəticəsində yaralananların şəxsiyyəti bilinib - YENİLƏNİB

Yevlaxda maşının beton maneəyə çırpılması nəticəsində yaralananların şəxsiyyəti bilinib - YENİLƏNİB Yevlax. 24 dekabr. REPORT.AZ/ Yevlax-Bərdə yolunda baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
23 Dekabr , 2018 23:50
Yevlaxda maşının beton maneəyə çırpılması nəticəsində yaralananların şəxsiyyəti bilinib - YENİLƏNİB

Yevlax. 24 dekabr. REPORT.AZ/ Yevlax-Bərdə yolunda baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobilin yolun Yevlax rayonundan keçən hissəsində beton maneəyə çırpılması nəticəsində 1973-cü il təvəllüdlü Hidayətov Elman Salman oğlu və onun 2002-ci il təvəllüdlü oğlu Hidayətov Mülkədar Elman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Onlardan birinin vəziyyəti kafi, digərininki isə qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.


***20:26

Yevlax. 23 dekabr. REPORT.AZ/ Yevlax-Bərdə yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yolun Yevlax ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə 2 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bundan əvvəl Goranboy rayonunda maşın traktorun qoşqusuna çırpılıb.

Son xəbərlər

Orphus sistemi