Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub - YENİLƏNİB ​​​​​​​Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib
Hadisə
28 Fevral , 2021 21:20
Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlax-Bərdə avtomobil yolunda baş vermiş yol qəzası zamanı ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, avtomobil qəzası zamanı Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.

Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli xəsarət alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, axşam saatlarında Yevlax-Bərdə yolunda "VAZ" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

19:59

Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Jeep” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb.

Müxtəlif bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi