Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb Yevlax-Bərdə avtomobil yolunda yol qəzası baş verib.
Hadisə
11 Avqust , 2022 18:40
Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

Yevlax-Bərdə avtomobil yolunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Z.Abdullayev, 1996-cı il təvəllüdlü E.Məmmədli və 1997-ci il təvəllüdlü İ.Yenalıyev xəsarət alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi