Ağdaş rayonunda yol qəzasında ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağdaş rayonunda yol qəzasında ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax-Ağdaş avtomobil yolunda Chevrolet markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ölənin şəxsiyyəti məlum olub.
Hadisə
286
29 Avqust , 2019 08:58
Ağdaş rayonunda yol qəzasında ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlax-Ağdaş avtomobil yolunda "Chevrolet" markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ölənin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Bakı şəhər Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü Orucov Qərib Abbas oğludur.

Faktla bağlı araşdırma aparılır.


***00:55

Yevlax-Ağdaş avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Chevrolet" markalı minik avtomobili arxadan yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilin sürücüsü hadisə yerində ölüb.

Ölən şəxsin kimliyi isə hələ məlum deyil.

Orphus sistemi