Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib Bu istiqamətdə reydlər davam etdirilir
Hadisə
25 Dekabr , 2018 11:32
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
0 : 00
0 : 00

Sumqayıt. 25 dekabr. REPORT.AZ/ Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Nazirliyin Baş İctimai Təhlükəsizlik, Sumqayıt və Abşeron şəhər-rayon polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Sumqayıt şəhəri ərazisində 3, Xırdalan şəhəri ərazisində isə 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 7 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olununblar.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi