Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər Bakı. 7 fevral. REPORT.AZ/ Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Hadisə
7 Fevral , 2019 11:19
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Bakı. 7 fevral. REPORT.AZ/ Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 6-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Yasamal rayonu ərazisində növbəti reyd keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində yerləşən köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi