Gəncədə yeniyetmənin dəm qazından zəhərlənərək ölüməsi ilə bağlı araşdırmalara başlanılıb.
“Report”un xəbərinə görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Xəyal Əkbərov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Onu hamamda huşsuz vəziyyətdə anası aşkarlayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.