Binəqədidə yeniyetməni qətlə yetirən gəncin məhkəmə istintaqı başa çatıb

Binəqədidə yeniyetməni qətlə yetirən gəncin məhkəmə istintaqı başa çatıb Bakı. 9 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
9 Mart , 2019 16:20
Binəqədidə yeniyetməni qətlə yetirən gəncin məhkəmə istintaqı başa çatıb

Bakı. 9 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışa hazır olmadığını, məhkəmədən vaxt istədiyini deyib.

Məhkəmənin növbəti iclası apreln 3-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Məlumata görə, gənclər arasında dava şit zarafat üstündə olub. Belə ki, A.İsmayılov avtobusda sürücü köməkçisi işləyən zaman qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub.

A.İsmayılovun sözlərinə görə, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.

Son xəbərlər

Orphus sistemi