Yeniyetmə bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Yeniyetmə bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 17 dekabr. REPORT.AZ/ Yeniyetmə bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Dekabr , 2018 19:30
Yeniyetmə bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb
Report

Bakı. 17 dekabr. REPORT.AZ/ Yeniyetmə bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, T.İsmayılov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Taleh İsmayılov yeniyetmə olan Y.Y. və onun bacısı V.Y.-yə qarşı seksual xarakterli hərəkətlər edib. Uşaqların valideynləri məsələdən xəbər tutublar. Bundan sonra şikayət əsasında T.İsmayılov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlərə məcbur etmə, on dörd yaşına çatmayan şəxsə qarşı törətmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi