"Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış edib

"Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış edib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
252
23 Noyabr , 2021 17:35
Yeni Klinika”nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən S.Mirzəyevin vəkili müdafiə çıxışı edib.

O, müvəkkili barəsində ittihamları qəbul etmədiyini deyərək bildirib ki, S.Mirzəyev rüşvət ittihamı ilə yox, dələduzluq maddəsi ilə ittiham olunmalıdır.

Daha sonra təqsirləndirilən V.Əliyevanın vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin hamilə olduğunu nəzərə alaraq barəsində həbs cəzasının verilməməsini istəyib.

Növbəti proses noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi