Yeni ilin ilk günü spirtli içki oğurlayan qardaşlar tutulub

Yeni ilin ilk günü spirtli içki oğurlayan qardaşlar tutulub Əməliyyatı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları həyata keçirib
Hadisə
5 Yanvar , 2015 12:07
Yeni ilin ilk günü spirtli içki oğurlayan qardaşlar tutulub

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakının T.Bədəlov küçəsində paytaxt sakini Ramiz Salmanova məxsus mağazanın şüşəsini sındırmaqla spirtli içkilər, tütün məmulatları və müxtəlif istehlak malları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Bu barədə “Report”a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Əməliyyatı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları həyata keçirib.

Nəticədə Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Hüseyin Məlikov, 1993-cü il təvəllüdlü Vüqar İsmayılov, 1991-ci il təvəllüdlü Rəşad Behbudov, qardaşı 1994-cü il təvəllüdlü Elşad Behbudov və 1990-cı il təvəllüdlü Şükür Novruzov tutulublar.

Qeyd edək ki, oğurluq hadisəsi yanvarın 1-də axşam saatlarında olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi