​"Yeni Həyat" şirkəti müflis elan olunmasını tələb edir

​"Yeni Həyat" şirkəti müflis elan olunmasını tələb edir İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
5 Sentyabr , 2015 11:28
​Yeni Həyat şirkəti müflis elan olunmasını tələb edir

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Yeni Həyat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsini məhkəməyə verib.

“Report”un xəbərinə görə, MMC müflis elan olunmasını tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, avqustun əvvəlində "Yeni Həyat" MMC ləğv olunduğunu elan edib. Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 ("Azure" yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.

Son xəbərlər

Orphus sistemi