Yuxarı

Yekaterinburqda Rövşən Lənkəranski klanının üzvü saxlanılıb

Əhliman Gənciyev qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Yekaterinburqda kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvü Əhliman Gənciyev saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Ə.Gənciyev digər həmvətənləri ilə birlikdə qiymətli daşların qanunsuz dövriyyəsində şübhəli bilinir.

Vətəndaşların saxlanması üzrə xüsusi əməliyyat sentyabrın 29-da həyata keçirilib, lakin qanunsuz zümrüd satışı ilə məşğul olanları müəyyən etmək yalnız bu gün mümkün olub. Bu ana qədər məlum olub ki, 1,255 kq ağırlığında olan ən böyük minerallardan birinin dəyəri 1 milyon rubldan çoxdur.

Qeyd edək ki, Ə.Gənciyev bu ilin avqustunda Türkiyədə güllələnən kriminal avtoritet Rövşən Lənkəranskinin Yekaterinburqda kriminal vəziyyətə nəzarət edən cavabdeh şəxslərindən biri hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi