Yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsində şahid ifadə verib

Yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsində şahid ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib
Hadisə
28 Sentyabr , 2016 11:28
Yazıçı Fərman Kərimzadənin oğlunun məhkəməsində şahid ifadə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid Abbas Ağacanov ifadə verib.

O bildirib ki, işlə bağlı Ə.Kərimzadəyə nağd pul verib: "Lakin sonradan pulu geri aldım".

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Son xəbərlər

Orphus sistemi