Bakı Apelyasiya Məhkəməsində qadına qarşı dələduzluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Vasif Orucovun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslə V.Orucov arasında barışıq əldə olunduğu bildirilib.
Müşavirədən sonra hakim qərarı elan edib. Qərara əsasən, V.Orucovun cəzası 6 ildən 2 ilə salınıb.
Qeyd edək ki, V. Orucov Bakı
İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb.