Evdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"

Evdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı" Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.
Hadisə
24 Noyabr , 2020 12:17
Evdən qanunsuz çıxan COVID-19 xəstəsi: Evdə ürəyim sıxılırdı
Simran Əliyev
0 : 00
0 : 00

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

S.Əliyev saxlanılan zaman bildirib ki, evdən çıxmamaqla bağlı məlumatı olub:

“Evdə ürəyim sıxılırdı, maşını götürüb, havamı dəyişmək üçün fırlanıb qayıtdım”.

Son xəbərlər

Orphus sistemi