Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib Samux rayonunda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Hadisə
392
22 Dekabr , 2020 11:28
Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Samux rayonunda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qiyaslı kənd sakini, Ramal Cəfərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi