Yasamalda yük maşını minik avtomobilinə çırpılıb

Yasamalda yük maşını minik avtomobilinə çırpılıb Nəticədə bir nəfər xəsarət alıb
Hadisə
29 May , 2017 08:48
Yasamalda yük maşını minik avtomobilinə çırpılıb

Bakı. 29 may. REPORT.AZ/ Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Kamaz" markalı yük maşınının idarəetməni itirərək "Mercedes" markalı minik avtomobilinə çırpılması nəticəsində qeydə alınıb.

Qəza zamanı "Mercedes"in sürücüsü, 1973-cü il təvəllüdlü Rüstəmov Mahir Ağabala oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi