Yasamalda yolu keçən qadını avtomobil vurdu

Yasamalda yolu keçən qadını avtomobil vurdu Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 Fevral , 2020 23:07
Yasamalda yolu keçən qadını avtomobil vurdu

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 1974-cü il təvəllüdlü Nəcəfova Arzu Rizvan qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi