Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib O, bədən nahiyəsinə də bıçaqla xəsarət yetirib
Hadisə
12 May , 2018 08:27
Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib
Report

Bakı. 12 may. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi