Yasamalda yaşayış binasındakı yanğın söndürülüb

Yasamalda yaşayış binasındakı yanğın söndürülüb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Hadisə
5 Yanvar , 2021 04:05
 Yasamalda yaşayış binasındakı yanğın söndürülüb
Report/Elchin Murad

Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

03:32

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi