Yasamalda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Yanğının baş vermə səbəbləri araşdırılır
Hadisə
28 Mart , 2017 19:48
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
courtesy image

Bakı. 28 mart. REPORT.AZ/ Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. 

"Report"un məlumatına görə, yanğın 9 mərtəbəli binanın mansardında qeydə alınıb. Həmin mənzildə 5 nəfərdən ibarət ailə yaşayırmış. Onlar mansard tipli mənzildən təxliyə ediliblər. 

Hadisə yerinə 8 yanğınsöndürən və 1 təcili yardım maşını gəlib. Yanğınsöndürənlər hadisənin miqyasının böyüməsinin və digər mənzillərə keçməsinin qarşısını alıblar. 

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

İlkin ehtimala görə, hadisəyə qısaqapanmanın səbəb olduğu bildirilir. 

Qeyd edək ki, yanğın baş vermiş binada Bakı Dövlət Universitetinin (BDU) müəllimləri yaşayır.

*** 19:03

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub. 

"Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək",- deyə xəbərdə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi