Yasamalda baş verən yanğın söndürülüb - VİDEO

Yasamalda baş verən yanğın söndürülüb - VİDEO Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Hadisə
25 İyun , 2021 00:17
Yasamalda baş verən yanğın söndürülüb - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

“Report” xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.

R.Xudiyev deyib ki, yanğın zamanı FHN-in əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, binada “M Group Production” şirkətinin ofisi yerləşir.

23.06.2021 23:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

"Report"un nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi