Bakı. 7 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda 7 yaşlı qızın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Report"un xəbərinə görə, 2010-cu il təvəllüdlü Məhərrəmli Vəfa Hüseyn qızı yataq otağında oynayan zaman şkafa toxunub. Nəticədə şkaf V.Məhərrəmlinin üzərinə aşıb.
O, ağır xəsarət alaraq valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Həkimlər uşağın vəziyyətini orta sabit-ağır kimi qiymətləndirirlər.