Yasamalda quldurluq edən şəxs saxlanılıb

Yasamalda quldurluq edən şəxs saxlanılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
29 Noyabr , 2018 11:04
Yasamalda quldurluq edən şəxs saxlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək mobil telefonunu və noutbukunu aldığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ələddin Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi