Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) Yasamal rayonunda baş verən kütləvi dava ilə bağlı rəsmi məlumat yayıb. İdarənin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib ki, noyabrın 1-də saat 02:40 radələrində, Yasamal rayonu M.Həsənov küçəsində baş vermiş münaqişə zamanı Bakı şəhər sakinləri - Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb, Tofiq Mehdiyev kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətlə xəstəxanaya daxil olub. Münaqişənin digər iştirakçıları Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər Qasımzadə əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya institutuna yerləşdirilib. Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat–axtarış tədbirləri nəticəsində, hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli tutulub. Əməliyyat tədbirləri nəticəsində, R.Suleymanovu qətlə yetirən və T.Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov da müəyyən olunaraq saxlanılıb.
Yasamalda qətl törədən şəxs tutulub
Yasamalda qətl törədən şəxs tutulub Bu barədə rəsmi məlumat yayılıb
Hadisə
3 Noyabr , 2014
12:46


Valeh Dadaşov
Report.az
https://static.report.az/photo/83925d7d-6354-31d2-baaf-39bc59708162_50.jpg
Ən vacib xəbərlər
Qarabağdakı erməni yaraqlıları 130 minə yaxın sursat təhvil verib
24 Sentyabr , 2023
20:27
Qarabağda çox böyük həcmdə silah-sursat anbarları müəyyən edilib
23 Sentyabr , 2023
18:42
Antiterror tədbirlərindən sonra xarici ölkələrin hərbi attaşeləri Şuşaya gediblər
23 Sentyabr , 2023
17:52
Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üçün İşçi qrup yaradılıb
23 Sentyabr , 2023
13:07
Son xəbərlər
