Yasamalda qadın soyuldu

Yasamalda qadın soyuldu Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.
Hadisə
6 İyul , 2021 12:09
Yasamalda qadın soyuldu

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu talanması barədə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi