Yasamalda qadına qarşı quldurluq edən şəxsin məhkəməsi başlayır

Yasamalda qadına qarşı quldurluq edən şəxsin məhkəməsi başlayır Bakıda quldurluq etməkdə təqsirləndirilən Nazim Mehdizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Dekabr , 2019 10:12
Yasamalda qadına qarşı quldurluq edən şəxsin məhkəməsi başlayır

Bakıda quldurluq etməkdə təqsirləndirilən Nazim Mehdizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il martın 14-də Yasamal rayonunda baş verib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın Yeni Yasamal ərazisində naməlum şəxsin ona zor tətbiq edərək içərisində müəyyən məbləğ olan pulqabısını aldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Nazim Mehdizadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi